image-n1karobka_ads
image-123
image-cbootllwenowjugcv7ihjtsynxm6wyjrygq3je6q_1200backend

Finlandiya prezidenti İlham Əliyevə təyyarə qəzası ilə bağlı başsağlığı verib

image-ad_qayo_720x110px

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması bağlı Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Doğru.az President.az-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

“Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı sarsıdıcı xəbər məni dərindən kədərləndirdi. Finlandiya xalqı adından və şəxsən öz adımdan Sizə və həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz həlak olanların ailələri və doğmaları ilə, o cümlədən bütün xalqınızladır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki