Cümə axşamı Sankt-Peterburqun Pulkovo hava limanından Dubaya uçmalı olan Flydubai aviaşirkətinin FZ992 reysi noyabrın 21-i cümə gününə dəyişdirilib.
Doğru.az xəbər verir ki, bu barədə məlumat hava limanının onlayn uçuş lövhəsində göstərilib.
Əvvəl təyyarənin Moskva vaxtı ilə saat 00:25-də yola düşməsi planlaşdırılmışdı, lakin sonradan uçuş noyabrın 21-i, Moskva vaxtı ilə saat 07:00-a təxirə salınıb.
Qeyd olunur ki, noyabrın 15-də gecəyə yağan qar səbəbindən Pulkovo hava limanında 20-dən çox reys əvvəlcədən təxirə salınıb.
DOĞRU.AZ




























