image-2000x150px
image-123
image-ads_atlas
image-1717683980809850579_1200x630backend

“Formula 1” üzrə dünya çempionatının yeni reqlamenti təqdim olunub

image-728x90px

Beynəlxalq Avtomobil Federasiyası “Formula 1” üzrə dünya çempionatında 2026-cı ildən tətbiq ediləcək yeni reqlamentin təfərrüatlarını açıqlayıb.

Doğru.az xəbər verir ki, avtomobillərin ölçüləri və çəkisi dəyişəcək. Bolidlər daha qısa və yığcam olacaq, çəkisi indiki modellərlə müqayisədə 30 kiloqram azalacaq.

Aktiv aerodinamikanın tətbiqi sayəsində avtomobillərin ötmə imkanları genişləndiriləcək.

Ən mühüm dəyişikliklərdən biri elektrik stansiyaları ilə bağlıdır. Mühərrikin elektrik hissəsinin gücü bir neçə dəfə artacaq. Yeni mühərriklər ekoloji cəhətdən təmiz yanacaqla işləyəcək.

Yeni reqlament mövcud güc balansını xeyli dəyişə bilər, çünki avtomobillər demək olar ki, sıfırdan hazırlanmalı olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki