Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıq işləri sürətlə davam etdirilir.
Doğru.az xəbər verir ki, bu il Bakı Şəhər Halqasında iki əlavə tribunanın quraşdırılması nəzərdə tutulur. Artıq yarış məkanında quruculuq işlərinə start verilib. Həm yerli, həm də xarici azarkeşlərin Azərbaycan Qran-Prisinə artan marağı nəzərə alınaraq, tribunaların tutumu əlavə 1500 yer artırılmaqla 20 min nəfəri keçəcək.
Qeyd edək ki, 2024-cü ildə keçirilən yarış dörd gün ərzində tribunadan 76 mindən çox azarkeş tərəfindən canlı izlənilmişdi.
Hazırlıq işləri çərçivəsində Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti hərəkət məhdudiyyətləri tətbiq olunacaq. Paytaxt sakinləri və şəhər qonaqlarından bu məhdudiyyətlərə anlayışla yanaşmaları xahiş olunur.
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ci il sentyabrın 19-dan 21-dək keçiriləcək.
DOĞRU.AZ