image-n1karobka_ads
image-123
image-6688d490ae5ac92c8c61d097backend

Fransa 26 ildən sonra ilk dəfə penaltilər seriyasında qalib gəlib

image-ad_qayo_720x110px

Fransa yığması Avropa çempionatının 1/4 finalında Portuqaliya yığmasını məğlub edib.

Hamburqda baş tutan görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda da komandalar qol vurmayıb.

Penaltilər seriyasında isə fransız futbolçular daha güclü olub (5:3). Penaltini Portuqaliya millisinin hücumçusu João Feliks qola çevirə bilməyib.

Beləliklə, Fransa 1998-ci ildən sonra ilk dəfə penaltilər seriyasında qalib gəlib. Sonra üçrənglilər İtaliyanı məğlub etdilər. Bundan sonra fransızlar penaltilər seriyasında 3 dəfə – 2006-cı il dünya çempionatının finalında İtaliyaya, Avro-2020-nin 1/8 finalında İsveçrəyə və DÇ-2022-nin finalında Argentinaya uduzub.

Mbappe daha əvvəl Avropa çempionatının 1/4 finalında Portuqaliya üzərində qələbəni şərh edib.

Mənbə Anadolu

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki