image-n1karobka_ads
image-123
image-691ef96702e8bd360c7af378backend

Fransa generali: “Rusiya ilə qarşıdurma səbəbindən övladlarımızı itirməyə hazır olmalıyıq”

image-ad_qayo_720x110px

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Fabien Mandon Rusiya ilə artan gərginlik fonunda cəmiyyəti ağır sınaqlara hazır olmağa çağırıb.

Doğru.az xəbər verir ki, generalın fikirlərini RİA Novosti sitat gətirib.

Onun sözlərinə görə, əgər ölkə övladlarını itirməyə hazır deyilsə, bu, təhlükənin ciddi olduğunu göstərir:

“Ölkəmiz övladlarını itirməyə razı olmadığı üçün ləngiyirsə… deməli, biz təhlükə altındayıq. Mən silahlı qüvvələrin üç-dörd ildən sonra tam hazır olmasını qarşıya məqsəd qoymuşam.”

General həmçinin qeyd edib ki, Fransanın “Moskva rejimini dayandırmağa imkan verəcək” demoqrafik potensialı mövcuddur.

Bundan əvvəl Airbus-un baş direktoru Rene Obermann Avropada Rusiyaya qarşı deterrent məqsədi ilə taktiki nüvə silahlarının yerləşdirilməsi ideyasını gündəmə gətirmişdi.

Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Britaniya və Fransanın nüvə arsenalının beynəlxalq uçot sisteminə daxil olunmasını aktual məsələ hesab edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki