Fransada iki yeniyetmə İsraillə bağlı hədəflərə terror aktları hazırlamaqda ittiham edilərək həbs olunub.
Doğru.az xəbər verir ki, bu barədə BFMTV kanalı mənbələrə istinadən məlumat yayıb. Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSİ) noyabrın 26-da şübhəliləri saxlayıb.
Dekabrın 1-də hər iki təqsirləndirilən şəxsə qarşı rəsmi ittiham elan olunub və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, noyabrın 22-də Parisdə Fransanın keçmiş prezidenti Fransua Ollandın mənzilinin qarət edildiyi barədə məlumat yayılmışdı.
DOĞRU.AZ




























