“Uşaq Hüquqları Müdafiəsi Liqası” İctimai Birliyi tərəfindən müxtəlif sahələrdə çalışan qadınların iştirakı ilə “Gender əsaslı zorakılığa qarşı maarifləndirmə” mövzusunda təlim keçirilib.
Doğru.az xəbər verir ki, təlimin əsas məqsədi cəmiyyətdə gender bərabərliyinin təşviqi, qadınların hüquqlarının müdafiəsi mexanizmləri və zorakılığa qarşı mübarizə yolları barədə iştirakçıların məlumatlandırılması olub.
Görüş zamanı gender əsaslı zorakılığın qarşısının alınması, hüquqi maarifləndirmə, psixoloji dəstəyin əhəmiyyəti və cəmiyyətdə ictimai həmrəyliyin rolu ətrafında fikir mübadiləsi aparılıb.
Təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, zorakılıq halları ilə qarşılaşdıqda hüquqi və sosial müdafiə mexanizmlərindən istifadə imkanları barədə məlumat verilib.
Tədbir gender əsaslı zorakılığın qarşısının alınması və bu istiqamətdə ictimai maarifləndirmənin gücləndirilməsinin vacibliyinə diqqət çəkib.
DOĞRU.AZ


























