Gürcüstan Avropa İttifaqının tövsiyəsi ilə 2022-ci ildə yaradılan Korrupsiyaya Qarşı Mübarizə Bürosunu ləğv etməyə qərar verib.
Doğru.az xəbər verir ki, parlamentin spikeri Şalva Papuaşvili brifinqdə bildirib ki, 2026-cı ilin martından etibarən bu büronun funksiyaları tam olaraq Dövlət Audit Xidmətinə veriləcək.
Eyni zamanda, 2026-cı ilin martından Fərdi Məlumatların Mühafizəsi Xidməti də ləğv olunacaq.
Qeyd edilir ki, oktyabr ayında Avropa Komissiyasının sözçüsü Anitta Hipper Gürcüstan hakimiyyətini Aİ-yə üzvlük prosesini baltalamaqda ittiham edib. Baş nazir İrakli Kobaxidze isə Tbilisidəki iğtişaşlarda Aİ səfirini konstitusiya quruluşunu devirmək cəhdini dəstəkləməkdə ittiham edib.
DOĞRU.AZ




























