Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukraynanın hazırkı vəziyyətini son dərəcə ağır adlandırıb.
Doğru.az xəbər verir ki, siyasətçi TASS-a açıqlamasında Kiyev rəhbərliyinin çıxılmaz durumda olduğunu bildirib.
“Ukrayna hakimiyyəti nə müharibəni davam etdirə, nə də onu bitirə bilər”, – deyə Papuaşvili vurğulayıb. Onun sözlərinə görə, bu durum ölkənin həm siyasi, həm hərbi baxımdan ciddi risklərlə üzləşdiyini göstərir.
Qeyd edək ki, daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski mövcud vəziyyəti ölkə üçün “tarixin ən çətin anlarından biri” kimi dəyərləndirmişdi. Korrupsiya qalmaqalları və ABŞ-ın təqdim etdiyi sülh planı fonunda Zelenski bildirib ki, Ukrayna “ləyaqətini itirmək” və ya əsas tərəfdaşını itirmək kimi təhlükəli seçimlə üz-üzə qalıb.
DOĞRU.AZ




























