Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə gəmilərə hücumları ilə əlaqədar həm Rusiya, həm də Ukraynaya narahatlığını rəsmi şəkildə çatdırıb.
Doğru.az xəbər verir ki, nazir bu fikri Dohada keçirilən forumda çıxış edərkən səsləndirib.
Hakan Fidanın sözlərinə görə, gəmiçiliyə hücumların qlobal ticarət və regional təhlükəsizlik üçün ciddi risk yaratdığını nəzərə alan Türkiyə bu mövzunu çox həssas məsələlərdən biri kimi qiymətləndirir.
“Bu barədə əvvəlcədən xəbərdarlıq etmişik. Çünki bu, münaqişənin kəskinləşməsi, onun coğrafi genişlənməsi deməkdir”, – nazir qeyd edib.
DOĞRU.AZ




























