Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ukrayna münaqişəsində Rusiyanın heç kimə etibar etməmək üçün çoxlu səbəbləri var.
Doğru.az xəbər verir ki, Fidan həmçinin qeyd edib ki, Avropanın da Rusiyaya etibar etməmək üçün səbəbləri mövcuddur.
Nazir vurğulayıb ki, münaqişəyə son qoymağın yeganə real yolu tərəfləri sülh danışıqlarına razı salmaqdır.
Qeyd edək ki, bundan əvvəl Fidan Ukrayna üzrə sülh sazişinin uzun illər ərzində Avropada təhlükəsizliyi təmin edə biləcəyini bildirmişdi. Macarıstanın baş naziri Viktor Orban isə Kossuth radiosuna açıqlamasında Ukrayna münaqişəsinin həllində Rusiya-Amerika danışıqlarının həlledici əhəmiyyət daşıdığını qeyd edib.
DOĞRU.AZ




























