image-n1karobka_ads
image-123
image-6924636302e8bd0e3903a59abackend

Helsinkidə NATO-nun şərq cinahı liderlərinin ilk sammiti keçiriləcək

image-ad_qayo_720x110px

Dekabrın 16-da Finlandiyanın paytaxtı Helsinkidə NATO-nun şərq cinahı ölkələrinin liderlərinin ilk sammiti təşkil olunacaq.

Doğru.az xəbər verir ki, tədbir Finlandiyanın baş naziri Petteri Orponun təşəbbüsü ilə keçiriləcək.

Finlandiya baş nazirinin dəftərxanasının məlumatına əsasən, sammitə İsveç, Estoniya, Latviya, Polşa, Bolqarıstan, Rumıniya və Litvanın hökumət başçıları dəvət olunub. Görüşdə Avropada təhlükəsizlik məsələləri, müdafiə hazırlığı və regiondakı mövcud vəziyyət müzakirə ediləcək.

Bununla yanaşı, Helsinki Universitetinin professoru Tuomas Malinen bildirib ki, Finlandiyanın Rusiyaya qarşı hərbi təcavüzə hazırlaşdığına inamı artıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki