Fələstinin Həmas hərəkatı Misirin Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı üç mərhələli planını rədd edib.
Bu barədə İsrailin “Times of Israel” qəzeti Misir dövlət informasiya xidmətinin rəhbəri Diaa Rəşvana istinadən yazır.
“Həmas və Fələstin İslami Cihadının bu planı rədd etdiyi bildirilir”, – nəşr bildirib.
Bundan əvvəl Misir İsraillə Fələstinin Həmas qruplaşması arasında müharibəyə son qoymaq üçün üç mərhələli plan təklif etmişdi. Plana atəşkəs, girovların azad edilməsi və Fələstin hökumətinin yaradılması daxildir.
Mənbə: A Haber