image-n1karobka_ads
image-123
image-6932dde802e8bd51f77de115backend

Hindistan naziri: Putin səfəri Rusiya-Hindistan etimadını gücləndirdi

image-ad_qayo_720x110px

Hindistanın xarici işlər naziri Vikram Misri bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Hindistana səfəri iki ölkə arasında etimadın dərinləşməsinə səbəb olub.

Doğru.az xəbər verir ki, brifinqdə Misri səfərin mühüm nəticələr verdiyini və iki lider arasında aparılan əsaslı müzakirələrin hər iki ölkənin milli maraqlarına qarşılıqlı hörmət və etimadın artırılmasına xidmət etdiyini qeyd edib.

Nazir vurğulayıb ki, sammitin əsas məqsədi iqtisadi tərəfdaşlığın gücləndirilməsi olub. Rusiya və Hindistan 2030-cu ilə qədər qarşılıqlı ticarəti 100 milyard dollara çatdırmağı hədəfləyirlər.

Misri əlavə edib ki, Rusiya-Hindistan münasibətləri mürəkkəb geosiyasi şəraitdə əməkdaşlıq üçün əsas olaraq qalır və tərəflər yaranan problemləri birlikdə həll etməyi planlaşdırır.

Qeyd edək ki, dekabrın 4-də Putin Palam Hərbi Hava Qüvvələri bazasına gələrək ölkəyə iki günlük səfərinə başlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki