image-n1karobka_ads
image-123
image-image_660x441_66fcff8a28ca4backend

Husilər İsrail Müdafiə Nazirliyinin binasına raket zərbəsi endirdiklərini açıqlayıblar

image-ad_qayo_720x110px

Yəmən husilərinin nümayəndəsi İsrail Müdafiə Nazirliyinin binasına raket hücumu edildiyini açıqlayıb.

Bu barədə “Al Masirah” Telegram-da məlumat yayıb.

Binanın Fələstin-2 hipersəs ballistik raketi ilə vurulduğu dəqiqləşdirilir.

İddia olunur ki, hava hücumundan müdafiə sistemləri raketin qarşısını ala bilməyib və hədəfinə çatıb.

Bundan əvvəl Yəmən husiləri Amerikanın USS Harry Truman təyyarədaşıyan gəmisinə və onu müşayiət edən bir sıra gəmilərə qarşı növbəti hərbi əməliyyat keçirdiklərini açıqlamışdılar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki