image-n1karobka_ads
image-123
image-depositphotos_218608996_l-2015-pic905-895x505-73229backend

ICAN Ukraynadakı münaqişənin nüvə qarşıdurmasına keçə biləcəyi barədə xəbərdarlıq edib

Təhlükəli davranış artdıqca Ukraynadakı münaqişə bilərəkdən və ya bilməyərəkdən nüvə qarşıdurmasına çevrilə bilər.

Bu fikri “RİA Novosti”yə müsahibəsində Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) siyasət və tədqiqat koordinatoru Alisiya Sanders-Zakre bildirib.

Ekspertin fikrincə, 2022-ci ildən başlayaraq bir çox ölkələr tərəfindən qınanılan nüvə eskalasiyası ilə bağlı ritorika və təhlükəli davranışlar artıb. Sanders-Zakre nüvə silahı olan dövlətləri və onların müttəfiqlərini bəyanatlarında və hərəkətlərində ehtiyatlı olmağa və nüvə arsenallarını məhv etməyə çağırıb.

“Nüvə eskalasiyasını daimi olaraq dayandırmağın və nüvə müharibəsinin qarşısını almağın yeganə zəmanətli yolu nüvə silahlarını ləğv etməkdir”, – ICAN nümayəndəsi vurğulayıb.

Mütəxəssis həmçinin Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsinin (TPNW) nüvə silahının ləğvinin izlənilə bilən yeganə çoxtərəfli sənəd olması fikrini də ifadə edib. BMT üzvlərinin demək olar ki, yarısı bu müqaviləyə qoşulub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki