Elnur Çıraqov Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib.
Doğru.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, Elnur Çıraqov 1987-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində inzibati idarəetmə üzrə bakalavr təhsili alıb. Daha sonra təhsilini Türkiyədə davam etdirərək Ankara Universitetinin Sosial Elmlər İnstitutunda magistratura, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda isə doktorantura səviyyəsində başa vurub.
2015-2019-cu illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində fəaliyyət göstərən Çıraqov, 2019-cu ildən etibarən Sosial Tədqiqatlar Mərkəzində çalışır. O, əvvəlcə Sosial-iqtisadi təhlil departamentində aparıcı məsləhətçi, 2022-ci ilin fevralından baş məsləhətçi, eyni ilin iyul ayından isə İctimai rəyin öyrənilməsi departamentinin müdiri olub.
Elnur Çıraqov həmçinin müxtəlif analitik təhlillərin, elmi araşdırmaların və məqalələrin müəllifidir.
DOĞRU.AZ