Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Gömrük Xidməti (Federal Gəlirlər Şurası) arasında ilkin elektron məlumat mübadiləsinin yaradılması haqqında Anlaşma Memorandumu təsdiqlənib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərmanı da imzalayıb.
Qeyd edək ki, hər iki sənəd 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanıb.
DOĞRU.AZ