image-n1karobka_ads
image-123
image-mvasoskvgwpq9qjmp37ihshe6uvz5vmqzen4q2al_640backend

İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına kompleksin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin, 18 hektarda isə gilas ağacları əkilib. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir.

Burada yetişdirilən meyvələrin satış və ixrac prosesi ilboyu davam etdirilir. Məhsullar yerli bazara çıxarılmaqla yanaşı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyaya ixrac olunur.

Bağlarda aqrotexniki işlərin daha dəqiq və səmərəli görülməsi məqsədilə Türkiyə, İtaliya və İspaniyadan mütəxəssislər cəlb olunublar. Burada yüksək qənaətliliyə malik damcı-suvarma texnologiyasından istifadə olunur ki, bu da həm ekoloji davamlılığı təmin edir, həm də su itkisinin qarşısını alır. Təsərrüfatın texnika parkı dünyanın aparıcı şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunub.

Soyuducu anbar kompleksi 2023-cü ilin oktyabrında istifadəyə verilib. Kompleks 8 min 700 ton tutuma malik soyuducu meyvə anbarından, çeşidləmə və paketləmə sahəsindən, material anbarından, hazır məhsul və yükləmə hissələrindən ibarətdir. Soyuducu anbar hər biri 300 ton tutuma malik 29 soyutma kamerası ilə təchiz edilib.

Çeşidləmə sahəsində quraşdırılan müasir avadanlıq vasitəsilə meyvələr rənginə, formasına və ölçüsünə görə çeşidlənir ki, bu da məhsulların bazar tələblərinə uyğun paketlənməsini təmin edir. Çeşidləmə sahəsində, həmçinin saatda mindən çox qatlama və yapışdırma gücünə malik avadanlıq vasitəsilə qablaşdırma qutuları hazırlanır.

Layihə dəyəri 18 milyon manat olan “İsmikhanlı” bağçılıq və soyuducu anbar kompleksində 270 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin olunub. Layihənin reallaşmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3.3 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə avadanlıqların idxalı zamanı gömrük və vergi güzəştlərindən yararlanıb.

DOĞRU.AZ

image-vm46rudwrso0eglsmgjkhl31vpluiu45c4ufclth_640 image-jfrff6tddhnzmxzzpfdb2i2kq3vst3hms8mboocc_640 image-eatjtx2nxgy6mozxytzwee4mbx8fren7xq2v9gnc_640 image-ol1uukho1fuvm7rimkx9elszcrvhcpdrwsknyiq6_640 image-ujdeecmmtyc0mi1qpbhn2twk2ocs64ujod91ipc5_640 image-0tcvjyy3ri8zd33rnx8jheorpuyfmntaxvgk1eag_640 image-mlcjohipjuaojignxwahuvdizjpa57ax6lcsfnoa_640 image-k1bpftbd7smuuaznpmnrorbydae3plcncwjklije_640 image-22bfjndcmczrzj7s4pa5soleferyqfblg5kkoomu_640 image-yr7zj5ykgnjlbdqdjfeajhmznhynytokpyxasvhe_640 image-tmtwpedxr9w5evggcnkgpugwbqijqydqhbudifr1_640 image-9gcq6iamn0wrtnregjknktowzjslqybqsqxwkyad_640 image-91gqpc9whx60eyxreyuiwjjqoxyosmjfocapnn8y_640 image-o9upvpoaam3jbluf0vf2wwbjs4zd2ag0xnfenwkv_640 image-2zflfa891nk0flt9ytakbgys8u6pfguygyq0lp8c_640 image-wehwmxvsvewjyhemv3d5tiid4ufdvvtrhmo1vata_640 image-ry6dknrdeelrh9hqmlodcwcjv0awun1kkataj3pr_640 image-kyazhfyywijlq9bre2lyoj9mykjusemfsy92zmqx_640 image-lcytqlbzei4ji3mttkv9y1i07dmouyycyt41bmp0_640 image-54wvw0ksnlvs8jto0adimrddsmd7lfsqmogpieou_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki