image-n1karobka_ads
image-123
image-1747744681673313667_1200x630backend

İlham Əliyev və Viktor Orban Budapeştdə birgə bəyanatla çıxış etdilər – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mayın 20-də Budapeştdə mətbuata birgə bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, bu görüş iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Macarıstanın Baş naziri Viktor Orban çıxışında Prezident İlham Əliyevi “Macarıstanın köhnə dostu” adlandıraraq, onun diplomatiya və enerji sahəsində ölkəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib. O, Azərbaycanın Macarıstana qaz tədarükündə etibarlı tərəfdaş olduğunu və bu əməkdaşlığın davam edəcəyini vurğulayıb

Baş nazir Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar siyasətinin iqtisadiyyata mənfi təsirindən danışaraq, enerji təhlükəsizliyinin təminində Türk dövlətlərinin, o cümlədən Azərbaycanın mühüm rolunu qeyd edib.

Prezident İlham Əliyev isə çıxışında Azərbaycan-Macarıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib. O, ölkələrimiz arasında mədəni və tarixi yaxınlıqların bu əlaqələri daha da gücləndirdiyini deyib.

Dövlət başçısı Ermənistanla sülh danışıqlarına da toxunaraq, sülh sazişinin mətni üzrə razılığın əldə olunduğunu və sənədin yaxın vaxtlarda imzalanacağına ümidvar olduğunu bildirib. Eyni zamanda, Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının və ATƏT-in Minsk qrupunun fəaliyyətinə son verilməsinin vacibliyini vurğulayıb.

Enerji əməkdaşlığına gəlincə, Prezident İlham Əliyev Macarıstan şirkətlərinin Azərbaycanın “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibi olduğunu, bu sahədə əlaqələrin gələcəkdə daha da genişlənəcəyini qeyd edib. Hazırda Azərbaycanın 12, o cümlədən 10 Avropa ölkəsinə qaz ixrac etdiyini diqqətə çatdırıb.

Tərəflər həmçinin Türk Dövlətləri Təşkilatının Budapeştdə keçiriləcək qeyri-rəsmi Zirvə görüşü ilə bağlı fikir mübadiləsi aparıblar. Prezident Əliyev Macarıstanın bu təşəbbüsünü alqışlayıb.

DOĞRU.AZ

image-17477446812647238679_1200x630 image-17477446814105245694_1200x630 image-17477446811491844372_1200x630 image-17477446813343743883_1200x630 image-17477446811009244392_1200x630 image-17477446813296524410_1200x630 image-1747744681409506786_1200x630 image-17477446814544435275_1200x630 image-1747744681195433104_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki