Amerikalı milyarder İlon Mask Avropa İttifaqı ilə bağlı mübahisəli açıqlaması ilə gündəmə gəlib.
Doğru.az xəbər verir ki, sosial şəbəkədə bir istifadəçinin Avropanı “Dördüncü Reyx” adlandıran paylaşımını Mask təkrar yayıb. Paylaşım natist Almaniyasının bayrağını xatırladan, sağ kənarı sola çevrilmiş Aİ bayrağı ilə müşayiət olunub. Mask bu fikirlə “böyük dərəcədə” razı olduğunu qeyd edib.
Qeyd edək ki, Mask daha əvvəl Avropa İttifaqının ləğv edilməsinin və suverenliyin üzv ölkələrə qaytarılmasının vacibliyini vurğulayıb.
Sahibkarın bu açıqlamaları Avropada sərt reaksiyalara səbəb olub. Polşanın xarici işlər naziri Radoslav Sikorski Maskın Aİ-nin ləğvi ilə bağlı çağırışına cavab olaraq ona “Marsa getməyi” məsləhət görüb.
DOĞRU.AZ




























