Futbol üzrə Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib.
Doğru.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada “İmişli” “Karvan-Yevlax” klubunu qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra “İmişli” turnir cədvəlində 16 xalla 8-ci pillədə qərarlaşıb. “Karvan-Yevlax” isə 6 xalla sonuncu – 12-ci sırada yer alır.
XV turun bağlanış oyununda “Neftçi” doğma meydanda “Sumqayıt”la üz-üzə gələcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Zirə”yə 2:1, “Sabah” “Turan Tovuz”a 3:1, “Kəpəz” “Qəbələ”yə 1:0, “Qarabağ” isə “Araz-Naxçıvan”a 5:1 hesabı ilə qalib gəlib.
DOĞRU.AZ




























