image-2000x150px
image-123
image-ads_atlas
image-27489_5pwzq2uh0sbackend

İmtahanların vaxtı açıqlandı

image-728x90px

Dövlət İmtahan Mərkəzi bu il keçiriləcək imtahanların qrafikini açıqlayıb.

Doğru.Az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2022-ci ildə olan imtahanlarla əlaqədar keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, 2022-ci il ərzində keçiriləcək imtahanların tarixləri Nazirlər Kabineti yanında Operativ Qərargahla da razılaşdırılıb və hər hansı gözlənilməz dəyişiklik olmazsa, imtahanlar təqdim olunan qrafik əsasında keçiriləcək:

“Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur. III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək”.

M.Abbaszadə həmçinin əlavə edib ki, II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər.

DİM sədri həmçinin imtahan cədvəlinin mətbuata sızdırılmasından danışıb. Qeyd edib ki, həmin məlumat qurumun əməkdaşları tərəfindən ötürülməyib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki