İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Rusiya tərəfi Tehrana nüvə proqramının həlli ilə bağlı heç bir konkret təklif göndərməyib.
Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti Bəqayinin açıqlamasına istinadla məlumat yayıb. Onun sözlərinə görə, Rusiya hələlik ABŞ-a və ya digər tərəflərə İranın nüvə proqramının həlli ilə bağlı konkret plan və ya təkliflər paketi təqdim etməyib.
Diplomat əlavə edib ki, İran bu məsələdə Rusiya və Çinlə sıx əlaqə saxlayır.
Xatırladaq ki, daha əvvəl Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov bildirmişdi ki, Moskva İrana qarşı zərbənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkə tərəfindən endirilməsi ehtimalından narahatdır.
DOĞRU.AZ