İranın xarici işlər naziri Abbas Əraqçi yaxın günlərdə Rusiya və Belarusa rəsmi səfər edəcək.
Doğru.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib. Onun sözlərinə görə, Əraqçi hər iki ölkədə yüksək səviyyəli rəsmilərlə görüşlər keçirəcək və ikitərəfli münasibətlər üzrə danışıqlar aparacaq.
“Səfər çərçivəsində Rusiya və Belarus rəhbərliyi ilə görüşlər planlaşdırılır”, – Bəqayi brifinq zamanı bildirib.
Qeyd edək ki, bundan əvvəl İran XİN Rusiya prezidenti Vladimir Putinin 2026-cı ilin yayında İrana planlaşdırılan səfərinə hazırlıqların başladığını açıqlayıb. Putin və İran prezidenti Məsud Pezeşkian son olaraq sentyabrın 1-də Çində görüşüblər.
DOĞRU.AZ




























