İspaniya millisi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında yeni nailiyyəti qeyd edib.
Doğru.az xəbər verir ki, ötən gün “qırmızı qəzəb” turnirin yarımfinalında Fransanı məğlub edib (2:1). İndi komandanın Avro-2024-də altı qələbəsi var.
Beləliklə, İspaniya bir turnirdə qələbə sayına görə Avropa Çempionatının rekordunu müəyyənləşdirdi.
Xatırladaq ki, ispanlar 2012-ci ildən sonra ilk dəfə Avro finala yüksəlib. Komanda həlledici görüşdə İngiltərə – Hollandiya cütünün qalibi ilə oynayacaq.
DOĞRU.AZ