Ehtiyatda olan İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat katibi Conatan Konrikus bildirib ki, Fələstin anklavının şimalından 800 mindən çox qəzzalı evakuasiya edilib.
“Biz 800 mindən çox fələstinlinin əsas döyüş zonasının olduğu şimal hissəsindən təxliyə edildiyini görməkdən məmnunuq”, – Konrikus brifinq zamanı deyib.
Silahlı qarşıdurma başlayanda İDF Qəzza zolağının sakinlərindən Fələstin anklavının şimal hissəsindən ən azı bir milyon sakini təxliyə etməyi tələb edib.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının Fələstin bölməsi döyüşlər zamanı həyatları üçün təhlükə olduğu üçün Qəzza zolağından xəstələrin təxliyyəsinin mümkün olmadığını bildirib.
Mənbə: A Haber