İsrail hakimiyyəti 2025-ci ilin dekabr ayının sonunda on minlərlə ukraynalı qaçqını deportasiya edə bilər.
Doğru.az xəbər verir ki, məlumatı İsrailin “Haaretz” qəzeti yayıb. Qəzetin yazdığına görə, yəhudi dövlətinin hakimiyyət orqanları 2022-ci ildən qüvvədə olan ukraynalı qaçqınların qorunan statusunun uzadılması barədə qərarını təxirə salıb.
Nəşr bildirir: “İcazənin müddəti gələn ay başa çatsa da, İsrail onun müddətini uzadıb-uzatmayacağına hələ qərar verməyib.”
Qeyd olunur ki, dekabrın 2-də Hollandiya hakimiyyəti də ukraynalı qaçqınların yerləşdirilməsi üçün mərkəzləri bağlamaq niyyətində olduğunu açıqlayıb.
DOĞRU.AZ




























