Baş nazir Benyamin Netanyahu radikal Həmas qruplaşmasının yaraqlıları tərəfindən oğurlananların qohumları ilə görüşündə Qəzzada girovların azad edilməsi ilə bağlı danışıqların aparıldığını açıqlayıb.
Bu barədə “The Jerusalem Post” (JP) məlumat yayıb.
Netanyahunun sözlərinə görə, Misir və Qətər girovların qaytarılmasına şərait yaradır.
“Mən danışıqların vəziyyəti haqqında ətraflı məlumat verə bilmərəm, lakin biz onların hamısını evə qaytarmağa çalışırıq. Məqsədimiz budur”, – deyə baş nazir bildirib.
Mənbə: Haber Global