image-n1karobka_ads
image-123
image-694eacb102e8bd06c84cc5e2backend

İsrail Somalilandın müstəqilliyini rəsmən tanıyıb

image-ad_qayo_720x110px

İsrail rəhbərliyi Somalilandın müstəqilliyini rəsmən tanıyıb.

Doğru.az xəbər verir ki, bu barədə məlumat İsrail Baş nazirinin ofisi tərəfindən verilib. Bəyannaməni İsrail Baş naziri Benyamin Netanyahu və Somaliland prezidenti imzalayıb.

İsrail Baş Nazirinin Ofisi bildirib ki, “İsrail Somaliland Respublikası ilə münasibətlərini dərhal genişləndirməyi planlaşdırır”.

Qeyd edək ki, aprelin ortalarında “The New York Times” qəzeti xəbər vermişdi ki, Somaliland ABŞ-dan tanınma istəmiş, qarşılığında uçuş-enmə zolağı və limanı icarəyə götürmək hüququnu təklif etmişdi.

Bloomberg isə qeyd edib ki, Somaliland ABŞ-ın rəsmi tanınması müqabilində Qırmızı dənizdə ABŞ hərbi bazasına ev sahibliyi edə bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki