image-n1karobka_ads
image-123
image-695bac43ae5ac9204163887ebackend

İsrail XİN müavini Haskel: Türkiyəyə F-35 satışına icazə verilməyəcək

image-ad_qayo_720x110px

İsrail ABŞ-ın Türkiyəyə F-35 qırıcı təyyarələri satmasına razılıq verməyəcəyini açıqlayıb.

Doğru.az xəbər verir ki, İsrailin xarici işlər nazirinin müavini Şaren Haskel “Kathimerini” nəşrinə müsahibəsində mümkün satışla bağlı ciddi narahatlıqlarının olduğunu bildirib. Onun sözlərinə görə, F-35 təyyarələrində istifadə olunan texnologiyanın mühüm hissəsi İsraildə hazırlanıb və bu texnologiyanın Türkiyə ilə paylaşılması qəbuledilməzdir.

Şaren Haskel qeyd edib ki, təhlükəsizlik və texnoloji üstünlüklər İsrail üçün prinsipial məsələ olaraq qalır.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Türkiyəyə beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin tədarükü imkanını “çox ciddi şəkildə” nəzərdən keçirdiyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki