image-n1karobka_ads
image-123
image-17592434371112819023_1200x630backend

İtaliya Prezidenti Sercio Mattarellanın Bakıda rəsmi qarşılanma mərasimi olub – FOTO

image-ad_qayo_720x110px

Sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verdi.

İtaliya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşısından keçdi.

Azərbaycan və İtaliya prezidentləri rəsmi foto çəkdirdilər.

DOĞRU.AZ

image-1759243437455437198_1200x630 image-17592434372901359811_1200x630 image-17592434373288915_1200x630 image-17592434376329165343_1200x630 image-175924343755632763_1200x630 image-17592434373713637101_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki