image-n1karobka_ads
image-123
image-68850ee2ae5ac90e5c77dc5bbackend

Kamboca mərmiləri Laosa düşdü – sərhəd gərginliyi artır

image-ad_qayo_720x110px

Tailandın quru qoşunlarının mətbuat xidmətinin rəhbəri general-mayor Vintay Suvari bildirib ki, Kamboca hərbçiləri tərəfindən atılan uzaq mənzilli mərmilər Laosa düşüb.

Doğru.az xəbər verir ki, generalın sözlərinə görə, şənbə günü Tailand və Kamboca qüvvələri arasında baş verən toqquşmalar zamanı atılan mərmilərin yerə düşdüyü ərazilər artıq aşkarlanaraq qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl Kamboca ordusunun general-mayoru Duonq Somneanq sərhəd döyüşləri zamanı artilleriya atəşi nəticəsində həlak olub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki