1990-cı illərdə onillik hakimiyyəti dövründə insan haqlarını pozduğuna görə 25 il həbs cəzasına məhkum edilmiş keçmiş Peru prezidenti Alberto Fuximori ölkənin ən yüksək məhkəməsi 2017-ci ildə mübahisəli əfv fərmanını bərpa etmək qərarına gəldikdən sonra azad edilib.
85 yaşlı Fuximori, Amerikalararası İnsan Haqları Məhkəməsinin və qurbanların ailələrinin tənqidlərinə baxmayaraq, məhkəmənin humanitar əsaslarla əfv fərmanının bərpa edilməsinə qərar verməsindən bir gün sonra Limadakı Barbadillo həbsxanasından azad edilib.
Fuximori 2007-ci ildə Çilidən ekstradisiya edildikdən sonra 16 il həbsdə yatıb.
Onun tərəfdarlarından ibarət izdiham həbsxananın qarşısında toplaşıb. Fuximorini iki övladı – prezidentliyə üç dəfə uğursuz namizəd olan Keyko və biznesmen Kenci qarşılayıb.
Fuximori yapon mənşəlidir və buna baxmayaraq, 1990-2000-ci illərdə ölkəyə rəhbərlik edib.
Mənbə: A Haber