Kənd təsərrüfatı naziri Məcnun Məmmədov dekabrın 26-da saat 09:00-da Sabirabad DAİM-in inzibati binasında Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Doğru.az xəbər verir ki, qəbulda nazirliyin səlahiyyət dairəsinə aid müraciətlər dinləniləcək və onların həlli üçün tədbirlər görüləcək.
Qəbula yazılmaq üçün Sabirabad DAİM-ə (050-515 98 41) və ya Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (1652) müraciət etmək mümkündür. Qəbula gələnlər əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
DOĞRU.AZ




























