image-2000x150px
image-123
image-ads_atlas
image-1640349305263821251_367x266backend

“Kids Smile” uşaq inkişaf mərkəzində Yeni il şənliyi keçirilib – FOTO

image-728x90px

“Kids Smile” uşaq inkişaf mərkəzində balacalar üçün Yeni il şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, balaca fidanlar bayram tədbirinə xüsusi həvəslə hazırlaşıblar. Rəngarəng kompozisiya ilə davam edən bayram tədbirində uşaqlar şən mahnı və rəqslər ifa edib, şeirlər söyləyib, müxtəlif səhnəciklər göstəriblər. Uşaqların maraqlı çıxışları bayram şənliyinə xüsusi rəng qatıb.

Balaca fidanların Yeni illə bağlı söylədikləri şerlər, ifa etdikləri mahnılar, mili və xarici rəqs nömrələri alqışlarla qarşılanıb. Şaxta baba və Qar qızın gəlişi isə şənliyi daha da canlandırıb, uşaqların sevincinə səbəb olub. Qonaqlar uşaqları əyləndirib, onlarla müxtəlif oyun və yarışlar keçiriblər.

Tədbirə qatılan valideynlər, qonaqlar balacalara can sağlığı, sevinc və heç zaman onların simalarından uşaq təbəssümünün əskik olmamasını arzulayıblar.

Sonda Şaxta baba uşaqlara Yeni il hədiyyələri verib. Balacalar xoş əhval-ruhiyyə ilə Yeni ilin gəlişini qeyd ediblər.

image-16403493235898951486_750x500 image-16403493235106853095_750x500

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki