image-n1karobka_ads
image-123
image-692e442bae5ac92ded077032backend

Kral III Çarlz şahzadə Endryunu son iki titulundan da məhrum etdi

image-ad_qayo_720x110px

Böyük Britaniya kralı III Çarlz amerikalı maliyyəçi Cefri Epşteynlə əlaqələr səbəbindən yaranan qalmaqal fonunda qardaşı Endryu Mountbatten-Vindsoru daha iki kral titulundan məhrum edib.

Doğru.az xəbər verir ki, Sky News-un məlumatına görə, Endryu artıq Garter Ordeninin Cəngavər yoldaşı titulunu və Kral Viktoriya Ordeninin Cəngavər Böyük Xaçı statusunu itirib.

Qeyd edək ki, 2022-ci ildə mərhum Kraliça II Yelizaveta onun kral himayəsini və bütün hərbi titullarını geri almışdı.

Bu arada NewsNation yazıb ki, keçmiş şahzadə Endryu Bukingem sarayına fahişələr gətirməkdə ittiham edilir.

ABŞ prezidenti Donald Tramp isə vəziyyəti şərh edərək, Britaniya kral ailəsində baş verənləri “ağır və narahatedici durum” kimi qiymətləndirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki