image-n1karobka_ads
image-123
image-1748425339137813414_1200x630backend

Laçında Azərbaycan və Türkiyə Prezidentləri arasında təkbətək görüş keçirilib

Mayın 28-də Laçın şəhərində mühüm siyasi əhəmiyyət daşıyan görüş baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib.

Dost və qardaş ölkələrin liderləri arasında baş tutan bu görüş iki dövlət arasındakı strateji tərəfdaşlığın və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi qiymətləndirilir. Laçında gerçəkləşən bu zirvə görüşü, həm də regionda sülh və əməkdaşlıq baxımından mühüm siqnal hesab olunur.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə ölkəmizə səfər edib. Bu səfər çərçivəsində keçirilən təkbətək görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətləri, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və digər aktual məsələlərin müzakirə olunduğu bildirilir.

Azərbaycan və Türkiyə prezidentlərinin Laçında görüş keçirməsi həm də Qarabağ bölgəsində həyata keçirilən bərpa və yenidənqurma işlərinə verilən yüksək dəstəyin göstəricisi kimi dəyərləndirilir.

Mənbə: AZƏRTAC

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki