image-n1karobka_ads
image-123
image-17483610775477760718_1200x630backend

Laçında İlham Əliyevlə Şahbaz Şərif arasında geniş tərkibdə nahar görüşü keçirilib – FOTO

Mayın 27-də Laçın şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında geniş tərkibdə görüş keçirilib.

Rəsmi nahar formatında baş tutan görüş zamanı iki ölkə arasında strateji əməkdaşlıq məsələləri, regional və beynəlxalq gündəmdə olan məsələlər müzakirə olunub. Tərəflər iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Görüş, Azərbaycan–Pakistan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edən önəmli addımlardan biri kimi qiymətləndirilir.

Mənbə: AZƏRTAC

image-17483610775197830198_1200x630 image-17483610771790844563_1200x630 image-17483610774563255571_1200x630 image-17483610771226341783_1200x630 image-17483610773347662262_1200x630 image-1748361077630938634_1200x630image-17483610771226341783_1200x630 image-1748361077522838975_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki