Mayın 27-də Laçın şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə məhdud tərkibdə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlığının müxtəlif istiqamətlərdə inkişafı məsələləri müzakirə olunub. Liderlər iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun əhəmiyyətini vurğulayıb, regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Pakistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman qətiyyətlə dəstəkləyib və postmünaqişə dövründə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.
Görüş çərçivəsində çəkilmiş fotolar da təqdim olunub.
DOĞRU.AZ