image-n1karobka_ads
image-123
image-694555c202e8bd5a127cb024backend

Lavrov Avropa liderlərini “tərbiyəsiz” adlandırıb

image-ad_qayo_720x110px

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin və Hindistanın Rusiya ilə əlaqələrini tənqid edən bəzi Avropa liderlərini “tərbiyəsiz insanlar” kimi qiymətləndirib.

Doğru.az xəbər verir ki, Lavrov bunu Misir xarici işlər naziri Bədr Əbdül Ata ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, “Çinin Rusiya ilə, Hindistanın Rusiya ilə niyə ünsiyyət qurduğunu açıq şəkildə bildirən Avropa İttifaqının liderləri… bu, kobudluqdur, bunlar tərbiyəsiz insanlardır”.

Lavrov həmçinin vurğulayıb ki, Rusiya istənilən ölkənin xarici tərəfdaşlarını seçmək hüququna hörmətlə yanaşır.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Çindəki səfiri İqor Morqulov Rusiya və Çinin Qərb sanksiyalarını qanunsuz hesab etdiyini və iki ölkənin inkişafına mane olmağa yönəldiyini bildirmişdi. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun isə əməkdaşlığın gücləndirilməsinin qlobal təhlükəsizliyə töhfə verdiyini vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki