image-2000x150px
image-123
image-ads_atlas
image-1641667628_l1backend

Lənkəranskinin tərəfdarına AĞIR CƏZA: Adam oğurluğu, “Bulaq”da atışma

image-728x90px

Adam oğurluğunda təqsirləndirilən, kriminal aləmdə “Ciqan Bəhruz” kimi tanınan Bəhruz Rəfiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Doğru.az”-ın Lent.az-a istinadən məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə araşdırılıb.

İttihama görə, B.Rəfiyev tanışı olan bir neçə nəfərlə yetkinlik yaşına çatmayan şəxsi oğurlayaraq hədə qorxu ilə ümumilikdə 35 min dollar pul alıblar.

Belə ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Əlinin (ad şərtidir) maddi imkanının yaxşı olması, davamlı olaraq yüksək məbləğdə pullar xərcləməsi və dostları üçün bahalı hədiyyələr alması barədə eşidib. Bundan sonra adam oğurluğu və xeyli miqdarda əmlak əldə etmək üçün tanışları ilə birləşərək onu oğurlamağa qərar veriblər.

Onlar Əlini və tanışını Xətai rayonu, Babək prospekti 62/2T ünvanında yerləşən “Sultanlar” çay evinə çağırıblar. Çay evində Əlini və dostunu şillə ilə vurublar. Hər ikisini sərbəst buraxmaq üçün 25 min dollar pul tələb ediblər.

Əli onların tələbi ilə razılaşıb. Təqsirləndirilən şəxs və qrup üzvləri Əlini taksi ilə mənzillərinə aparıblar. Əli evə qalxaraq seyfdən atasının 42 min 500 manat təşkil edən 25 000 ABŞ dollar pul vəsaitini götürüb qrup üzvlərinə verib.

İttihama görə, bundan başqa Əliyə ikinci dəfə cinayətkar dəstə tərəfindən hədə-qorxu gəlinib. Ondan 10 min dollar pul tələb olunub. O da qorxduğu üçün həmin məbləği dəstə üzvlərinə verib. Bəhruz Rəfiyevin cinayət işi digər qrup üzvlərindən ayrı icraatda araşdırılıb.

Məhkəmədə ifadə verən Bəhruz Rəfiyev özünü təqsirli bilməyib. Nə zərərçəkəni, nə də onun ailəsini tanımadığını və heç vaxt görmədiyini bildirib:

“2020-ci ilin fevral ayında barəmdə Xətai rayon Polis İdarəsində axtarış elan olunduğunu eşitdim və könüllü olaraq idarəyə getdim. Oradan məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orada mənə təzyiqlər göstərdilər, lakin mən heç bir sənədə qol çəkmədim. İttihamı qəbul etmirəm. Mən həmin hadisə barəsində məlumatsızam. Elə bir şey etməmişəm”.

Məhkəmədə zərərçəkən şəxs qismində dindirilən şəxs bildirib ki, Bəhruz Rəfiyevi iki dəfə görüb:

“Hazırda hərbi xidmətdəyəm. Bu səbəbdən çox şeyi xatırlamıram. Müttəhim kürsüsündə əyləşən Bəhruz mənə heç vaxt hədə-qorxu gəlməyib, məni vurmayıb. Məndən pul tələb edənlər içərisində Bəhruz adlı şəxs olub. Lakin bu həmin Bəhruz deyil”.

Məhkəmədə dindirilən şahidlər isə ifadələrində Bəhruz Rəfiyevin bu cinayət əməlini törətmədiyini, lakin istintaq dövründə təzyiqlə sənədlərə qol çəkdiklərini deyiblər.

Lakin məhkəmə Bəhruz Rəfiyevin həm ibtidai istintaq zamanı, həm də məhkəmədəki ifadələrində ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etməməsini, zərərçəkmiş şəxsə qarşı hər hansı cinayət əməlini törətmədiyini deməsini nəzərə alaraq, həmçinin onun özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla və digər mötəbər istintaq sənədləri ilə təkzib edildiyindən, öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıdığından özünümüdafiə kimi qiymətləndirib.

Bundan başqa, məhkəmə zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini, digər mötəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlib ki, şahidlərin, eləcə də zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr obyektiv həqiqəti əks etdirir. Ona görə də həmin ifadələri sübut növü kimi qəbul edib. Məhkəmə hesab edir ki, iş üzrə şahidlər məhkəmədə verdikləri ifadələri obyektiv həqiqəti əks etdirməməklə təqsirləndirilən şəxsi müdafiə etmək, onun cinayət məsuliyyətindən azad olunması məqsədi daşıyır.

Məhkəmənin hökmü ilə Bəhruz Rəfiyev adam oğurluğunda, hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinərək 12 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bəhruz Rəfiyevin bundan əvvəldə məhkumluğu var. Belə ki, o əvvəllər xuliqanlıqda, sağlamlığa zərər vurmada təqsirləndirilərək məhkumluq yaşayıb.

2016-cı ildə Səbail rayonu, Badambar qəsəbəsində yerləşən “Bulaq” restoranında kriminal “razborka” zamanı yaralanıb və təqsirləndirilən şəxs kimi məhkum edilib.

Mətbuatda həmin “razborka”nın Lotu Quli ləqəbli Nadir Səlifovun və Rövşən Lənkəranskinin tərəfdarları arasında baş verdiyi qeyd edilib.

Rövşən Lənkəranskinin tərəfdarlarından sayılan “Astaralı Fuad”la birlikdə “Bulaq” restoranına gələn “Ciqan Bəhruz”, “Lotu Quli” tərəfdarı olan “Ayqam Samir” və digərləri ilə mübahisə edib. Məhz restoranda atışma olub. Nəticədə, “Astaralı Fuad” və “Ciqan Bəhruz” güllə yarası alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Astaralı Fuad” 8 il, “Ciqan Bəhruz” 4 il, “Ayqam Samir” 10 il azadlıqdan məhrum ediliblər.

Bakı Apelyasiya Məhkəməsində isə “Ayqam Samir”in cəzası 15 ilə, “Astaralı Fuad”ın isə cəzası 10 ilə qaldırılıb. “Ciqan Bəhruz”un isə cəzası dəyişdirilmədən saxlanılıb.

Bəhruz cəzasının bir hissəsini çəkdikdən sonra azadlığa çıxıb. O, Rövşən Lənkəranskinin tərəfdarlarından hesab olunur. Onun qanuni oğru Hacı Beyləqanski ilə, tanınmış avtoritet Emin

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki