image-n1karobka_ads
image-123
image-1745483563279589635_1200x630backend

Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində tələbələrlə görüşüb – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində olub.

AZƏRTAC xəbər verir ki, universitetin prorektoru Gao Qanq və burada Azərbaycan dili üzrə təhsil alan çinli tələbələr ilə görüş zamanı Azərbaycanla Çin arasında əlaqələrin genişlənməsində gənclərin, o cümlədən iki ölkənin təhsil sistemində bu istiqamətdə həyata keçirilən layihələrin rolu qeyd edilib. Bu baxımdan Azərbaycan mədəniyyətini öyrənib tədqiq və təbliğ etməyə maraqlı olan Pekin Xarici Dillər Universitetindəki Azərbaycan dili kafedrasının fəaliyyətinin, universitetdə Azərbaycan dili üzrə kadrların hazırlanmasının əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, universitetin tədris proqramına Azərbaycan dili ilə yanaşı, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı fənləri də daxildir.

Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında 10 ilə yaxın davam edən əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçirildiyi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində (UNEC) distant Çin dili kurslarının təşkil olunduğu diqqətə çatdırılıb.

Görüş zamanı Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında bu il ərzində anlaşma memorandumunun imzalanması barədə qərar qəbul edilib.

Daha sonra universitetin Azərbaycan dili kafedrası ilə tanışlıq olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kafedranın fəaliyyətinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb. Heydər Əliyev Fondunun müxtəlif sahələr, o cümlədən Azərbaycan mədəniyyətinin tanıdılması üzrə nəşrlərinin Çin dilində çap olunmasının vacibliyi qeyd edilib.

DOĞRU.AZ

image-17454835632307527664_1200x630 image-17454835634293747459_1200x630 image-17454835632577629491_1200x630 image-1745483563478012418_1200x630 image-1745483563407771884_1200x630 image-1745483563245717644_1200x630 image-1745483563251951363_1200x630 image-17454835634129022749_1200x630 image-17454835636263864655_1200x630 image-1745483563232135872_1200x630 image-1745483563376537346_1200x630 image-17454835635875765160_1200x630 image-1745483563215163877_1200x630 image-1745483563735256277_1200x630 image-17454835632915411250_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki