Litvanın Miqrasiya Departamentinin sözçüsü Rokas Pukinskas bildirib ki, respublika hakimiyyəti xarici agent Alisher Morgenstern-in ölkəyə girişini 10 il müddətinə qadağan edib.
Doğru.az xəbər verir ki, “Morgensternə qarşı qadağa dərhal qüvvəyə minir və 10 il müddətində qüvvədə qalacaq”, – deyə Pukinskas əlavə edib.
O bildirib ki, bu qərar “Xarici İşlər Nazirliyindən yazılı təklif alındıqdan və əlavə məlumatlar toplandıqdan sonra” qəbul olunub. Pukinskasın sözlərinə görə, topladığı məlumatlara əsasən, Morgenstern milli təhlükəsizliyə təhlükə yarada bilər.
Doğru.az xəbər verir ki, bundan əvvəl Vilnüs meri Valdas Benkunskas Litva Xarici İşlər Nazirliyindən repçi Alisher Morgenstern-in respublikanın arzuolunmaz şəxslər siyahısına salınmasını xahiş etmişdi.
Qeyd edək ki, Alisher Morgenstern Rusiya Ədliyyə Nazirliyinin 6 may 2022-ci il tarixli qərarı ilə xarici agent kimi tanınıb.
DOĞRU.AZ




























