image-n1karobka_ads
image-123
image-175681741034203900_1200x630backend

Liviya səfiri “ASAN xidmət”lə tanış olub

image-ad_qayo_720x110px

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Liviya Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naser ilə görüşüb.

Doğru.az xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın intellektual brendi artıq 30-dan çox ölkəyə ixrac olunur.

Səfir “ASAN xidmət” modelindən yüksək təəssürat aldığını bildirib və bu təcrübənin Liviya ilə paylaşılmasında maraqlı olduğunu qeyd edib.

Görüşdə qonaq “ASAN xidmət” mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, “ABAD” publik hüquqi şəxs və “Bilim Bakı” mərkəzi ilə tanış olub.

DOĞRU.AZ

image-17568174104981221129_1200x630 image-17568174105882723554_1200x630 image-17568174101986349686_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki