image-n1karobka_ads
image-123
image-212796073_206747701358240_7046655815592457478_nbackend

“Love is…” saqqızları

Love is…” saqqızlarını hər birimiz sevirik. Bəs bilirsiz ki, “Love is…” komiksları həqiqi sevgi və itki hekayəsidir? Həmin o yazı və illustrasiyaları rəssam Kim Kasli əri Robertoya həsr edirdi.
Kimin 25 yaşı olanda o gələcək həyat yoldaşı italyan Roberto ilə tanış oldu. Onlar uzun və xoşbəxt həyat yaşaya bilərdilər, amma Roberto… Sıra ilə başlayaq.
 19 yaşında Kim Kaliforniyaya köçür, 6 il sonra isə Los-Angelesa istirahət etməyə gedir. Orada da Robertonu görür və aşiq olur, amma hissləri haqqında ona heçnə deyə bilmir. Çox utanırdı. Roberto yaraşıqlı, hündür boy, italyan mühəndis idi. Kim də hisslərini rəsmlə ifadə etməyə başladı. Kağızın üzərində aşiq balaca qızı (özü) və oğlanı (Roberto) çəkib Robertoya göndərirdi. Aşağıda isə “Love is…” yazaraq hər dəfə hisslərini bölüşürdü. Zamanla Roberto Kim ilə tanış olmaq istədi və onu görüşə çağırdı. Roberto da aşiq oldu.
Kimin yazdığı kağızları Roberto jurnalist dostuna verdi və onlar Los Angeles Times qəzetin arxa səhifəsində çap edildi. Balaca aşiq qızın hekayəsi hər kəsin o qədər xoşuna gəldi ki, bir müddət sonra “Love is…” köynəklər, fincanlar, təqvimlər və s. üzərində çap olunmağa başladı.
Kim münasibətlərində baş verən anıların şəkillərini çəkirdi – eşq elanı, romantik yemək, birlikdə səyahətlər və s. “Love is…” komikslərini alan hər kəs, onların həyatında nələrin baş verdiyini bilirdilər.
Kim və Roberto evləndilər, iki oğulları oldu.
Bir neçə il sonra isə, Roberto xərçəng xəstəliyinə tutuldu. Vəziyyəti ağır idi. Kim artıq komikslərlə məşqul ola bilmirdi və əvəzinə rəssam Bill Esprini dəvət etdi, özü isə hər gün ərinin qayğısına qalırdı.
Roberto vəfat etdi, 16 ay sonra isə Kim üçüncu oğullarını dünyaya gətirdi (süni mayalanma yolu ilə).
Kim bir də “Love is…” komikslarını çəkmirdi, rəsmləri bu günə kimi Bill Esprini yaradır. Kim 1998-ci ildə vəfat etdi, şirkət isə böyük oğlu Stefanoya keçdi.
Müəllif: Emil. Aliyev
DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki