Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-ın Belarus üzrə xüsusi elçisi Con Kol ilə növbəti görüşünü keçirir.
Doğru.az xəbər verir ki, bu barədə “Pool of the First” Telegram kanalı məlumat yayıb.
Məlumatda bildirilib ki, Belarus–Amerika danışıqlarının ikinci günü başlayıb. “Dünən elan edildiyi kimi”, – deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, dekabrın 12-də Aleksandr Lukaşenko Minskdə Con Kolun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüş keçirmişdi. Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilib.
DOĞRU.AZ




























