image-n1karobka_ads
image-123
image-68ee7966ae5ac95f8f201144backend

Lukaşenko ABŞ-la “böyük sövdələşməyə” hazır olduğunu açıqlayıb

image-ad_qayo_720x110px

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskin maraqlarını nəzərə alaraq ABŞ-la böyük sövdələşmə bağlamağa hazır olduğunu bəyan edib.

Doğru.az xəbər verir ki, BelTA-nın məlumatına görə, Lukaşenko deyib:
“Biz onların qlobal təkliflərini, necə deyərlər, böyük sövdələşməni gözləyəcəyik (onlar bu böyük sövdələşmələri sevirlər). Biz buna hazırıq. Biz onlarla böyük sövdələşməyə hazırıq. Tərəzinin bir tərəfində onların sualları, xahişləri və tələbləri, digər tərəfində isə bizim suallarımız və tələblərimiz var.”

O, ABŞ Prezidenti Donald Trampın bu mövzuda təkliflərini ağlabatan adlandırıb və əlavə edib ki, hər şey ədalətli olmalı, Minskin maraqları nəzərə alınmalıdır.

Bundan əvvəl Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa Belarus və ABŞ arasında əlaqələrin müsbət əhəmiyyətini vurğulamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki