image-n1karobka_ads
image-123
image-69229212ae5ac922461960b8backend

Lukaşenkodan Maduroya 63 yaş təbriki: “Azadlıq və suverenlik uğrunda döyüşçü”

image-ad_qayo_720x110px

Belarus prezidenti Aleksandr Lukaşenko venesuelalı həmkarı Nikolas Maduronu 63 yaşı münasibətilə təbrik edib və onu Bolivar Respublikasının azadlığı və suverenliyi uğrunda döyüşçü adlandırıb.

Doğru.az xəbər verir ki, Belarus liderinin mətbuat xidməti tərəfindən yayılan təbrikdə Maduronun xalqına sədaqəti xüsusi vurğulanıb.

Lukaşenko bildirib: “Siyasi müdriklik, yüksək vətənpərvərlik və xalqa sədaqət Venesuelanın azadlığı və suverenliyi uğrunda mübariz kimi sizin həyat yolunuzu müəyyənləşdirdi.”

Xatırladaq ki, bundan əvvəl Venesuelanın xarici işlər naziri İvan Gil Maduronun Rusiya prezidenti Vladimir Putindən də təbrik məktubu aldığını açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki